Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad etməklə tarixinin ən şərəfli səhifəsini yazdı. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və Azərbaycan xalqının sarsılmaz birliyi qarşısında düşmən diz çökdü! Ermənistan ağ bayraq qaldıraraq, Azərbaycanın şərtləri əsasında tərtib olunmuş kapitulyasiya aktını imzaladı.
Bu tarixi qələbə münasibətilə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində Zəfər Gününə həsr olunmuş silsilə tədbir və konsertlər keçirilir.
4 Noyabr 2022-ci il
"Zəfər sənindir, Azərbaycan!" adlı konsert keçirildi.
Konsertdə şagirdlərin ifasında Azərbaycan, rus, xarici bəstəkarların əsərləri səsləndirildi.