aze | rus | eng


Struktura

İxtisaslaşdırılmış tədris müəssisəsi olan musiqi məktəbi fasiləsiz təhsil strukturudur. Orta ixtisas musiqi məktəbində təhsil müddəti on bir ildir. Təhsilin bütün pillələri tam dövlət təminatındadır.

Orta ixtisas musiqi məktəbinin başlıca vəzifələri aşağıdakılardan ibarətdir:

  -respublikada musiqi iste’dadı olan uşaqları aşkara çıxarmaq, onlara müasir tələblərə cavab verən yüksək peşə bilikləri almaq üçün əlverişli şərait yaratmaq;
  -tədris planını və proqramlarını daim təkmilləşdirmək yolu ilə şagirdlərin nəzəri və peşə hazırlığında fundamental elmlərin əhəmiyyətinin yüksəldilməsini, incəsənət və mədəniyyət sahəsində elmi-metodiki nailiyyətlərin daha dolğun şəkildə əks etdirilməsini təmin etmək.

Orta ixtisas musiqi məktəbi mövcüd Nizamnaməyə uyğun olaraq və respublikanın xüsusiyyətlərini nəzərə almaqla tədris müəssisəsinin strukturunu, kollektivin üzvlərinin vəzifələrini, daxili intizam normalarını və qaydaları müəyyən edir.

 
Şağirdlər məktəbə 6 yaşından qəbul edilir. Tədris dörd pillədən ibarətdir:

I – ibtidai pillə (I-IV siniflər)

II – orta pillə (V – VIII siniflər);

III – ixtisas pilləsi (IX – XI siniflər).

Musiqi məktəbində tədris iki dildə – azərbaycan və rus dilində aparılır.


Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.