Biz Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik” adlı məktəbinin növbəti seminarı keçirilib.
“Əhməd Cavad 9” ərazi partiya təşkilatının qərargahında “Biz Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik” adlı məktəbinin növbəti seminarı keçirilib.
Çıxışlardan öncə Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidlərimizə rəhmət, qazilərimizə şəfalar arzu edilib.
Tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bu cür tədbirlərin keçirilməsinin və gənclərin Heydər Əliyev irsi barədə geniş məlumata sahib olmasının əhəmiyyətini vurğulayıb.Bu tədbiri keçirməklə nəzərdə tutmuşuq ki, Heydər Əliyevin irsi, Azərbaycanın qurulmasında atdığı böyük addımlar barədə gənclərimizi məlumatlandıraq. Bu məktəbin də əsas əhəmiyyəti ondan ibarətdir ki, dahi şəxsiyyəti haqqında daha yaxından məlumat almaqdır.
Cövdət Hacıyev adına 3 nömrəli musiqili məktəbinin direktoru Məhin Orucova çıxışında Heydər Əliyev irsinin elmi, pedaqoji, siyasi, mədəni baxımdan çox geniş rakurslu olduğunu, bu isin nə qədər araşdırılsa belə, hələ də araşdırılmağa və yeni məlumatlar öyrənilməyə davam etdirildiyini bildirib.
Daha sonra Yeni Azərbaycan Partiyasının fəal üzvü Bülbul adına Orta İxtisas Musiqi Məktəbinin ümumtəhsil işləri üzrə direktor müavini Nigar Baxşıyevaya Fəxri fərman təqdim olunub. Görüş şagirdlərin ifasında konsert proqramı ilə davam etdi.