26 oktyabr 2022- ci il tarixində Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin 9-10-cu siniflərində "Gender bərabərliyi" mövzusunda tədbir keçirildi. Tədbiri aparan psixoloq Sona Rüstəmova şagirdlərə çağdaş dövrdə "gender bərabərliyi" mövzusunun olduqca aktual olduğunu, cəmiyyətin diqqət mərkəzindəki məsələlərdən olan bu anlayış özündə ictimai, siyasi, mədəni və digər sahələrdə kişi-qadın bərabərliyini ehtiva etdiyini, cinsi ayrı-seçkilik daha çox idarəçilikdə və söz sahibi olmaq məqamlarında özünü büruzə verdiyini, belə halların olmaması üçün ölkə vətəndaşlarının cins, irq, din, milliyyətindən asılı olmayaraq qanun qarşısında bərabər olduqları və eyni məsuliyyəti daşıdıqlarını bilmək vacib olduğu haqqında geniş məlumat verdi.
Tədbir boyu müxtəlif videoçarxlar nümayiş etdirildi.