2014-cü ilin fevral ayında Estoniyanın Narva şəhərində gənc pianoçuların Şopen adına Beynəlxalq müsabiqəsi keçirilmişdir. Yubiley xarakteri daşıyan bu müsabiqədə dünyanın 15 ölkəsindən 61 ifaçı iştirak edirdi. 3 yaş qrupu üzrə keçirilən bu müsabiqədə Azərbaycanı Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri Nərmin Nəcəfli, Leyla Zeynalova və Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi Nərgiz Əliyeva təmsil edirdilər. VII sinif şagirdi Leyla Zeynalova (müəllim Dilarə Mirzəquliyeva) uğurla çıxış etmiş, münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilmiş və müsabiqənin laureat adına layiq görülmüşdür. Nəcəfli Nərmin isə (müəllim Ədilə Rəhimova) "Young budding artist” xüsusi diplomuna layiq görülmüşdür.