aze | rus | eng



Aprelin 28-də “İrəvan Müəllimlər Seminariyası” mövzusunda elmi konfransda müəllim və şagirdlərimiz konsert proqramı ilə çıxış etdi.
Aprelin 28-də “İrəvan Müəllimlər Seminariyası” mövzusunda elmi konfrans keçirilib.
Təhsil Nazirliyi, Təhsil İnstitutu və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) birgə təşkilatçılığı ilə paytaxtdakı 20 nömrəli məktəb-liseydə keçirilən konfransda təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, Milli Məclisin deputatı Əziz Ələkbərli, akademik Vaqif Abbasov, BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, məktəb direktorları və müəllimlər iştirak edib.
Konfransda çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov Prezident İlham Əliyevin “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” 2021-ci il 29 dekabr tarixli Sərəncamını xatırladıb. Vurğulayıb ki, bu Sərəncam təhsil tarixinin şərəfli bir səhifəsinin daha ətraflı öyrənilməsinə, tədqiq və təbliğ olunmasına təkan verəcək. Sərəncamdan irəli gələn vəzifələrin icrası ilə əlaqədar təhsil müəssisələrində, elmi mərkəzlərdə müxtəlif tədbirlər, konfranslar təşkil edilir.
Qeyd olunub ki, İrəvan Müəllimlər Seminariyasının yaradılması xalqımız üçün milli-mənəvi və tarixi əhəmiyyət daşımışdır. Seminariyanın Cənubi Qafqazda, xüsusilə Azərbaycanda məktəb və pedaqoji fikrin inkişaf etdirilməsində mühüm rolu olub.
Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin Xalq Çalğı alətləri şöbəsinin trio qurupu konfransda musiqi nömrələri ilə çıxış etdi.
Xanməmmədova Nurcan ( xanəndə)
Əsədullayev Mirhüseyn ( tar)
Abdullayev Hikmət ( kamança)
Dadaşov Ruhulla (nağara )


Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.