aze | rus | eng



23 aprel Ümumdünya Kitab və Müəllif Hüquqları Günündə Uşaq yazıçısı, publisist Gülzar İbrahimova ilə görüş keçirildi.
23 aprel Ümumdünya Kitab və Müəllif Hüquqları Günüdür.Bu gün dünya ədəbiyyatında simvolik tarixdir. Uilyam Şekspir, Migel Servantes və İnka Qarsilaso dela Veqa kimi bir sıra görkəmli müəlliflərin vəfat etdiyi gündür.Bu tarix kitablara və müəlliflərə dünya miqyasında ehtiram göstərmək,hər kəsi bəşəriyyətinməkan və zaman sərhədlərini aşaraq ideyaları paylaşmaq üçün ən gözəl ixtira, həmçinin yoxsulluğun aradan qaldırılması və sülhün bərqərar edilməsininbaşlıca qüvvəsi olan – kitabları əldə etməyə təşviq etmək məqsədi ilə 1995-ci ildə noyabrın 15-də YUNESKO Parisdə keçirilən 28-ci sessiyasında aprel ayının 23-nü Ümumdünya Kitab və Müəllif Hüquqları Günü elan etmişdir.
Azərbaycanda 1997-ci ildən hər il aprel ayının 23-ü Ümumdünya Kitab və Müəllif Hüquqları Günü qeyd olunur. Azərbaycan həm də 1996-cı ildən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının üzvüdür.Kitab çapının meydana gəlməsindən əsrlər ötsə də, bu gün də mənəvi və əqli sərvətlərimizin nəsildən-nəslə ötürülməsində kitablar əvəzsiz vasitələrdir. Təsadüfi deyil ki, kitabın meydana gəlməsi bununla bərabər müəlliflik hüququnun yaranmasında da səbəb olmuşdur. Orta əsrlərdən başlayaraq şairlərimiz öz əsərlərinin sonunda adlarını, ləqəblərini işlətməklə müəlliflik hüquqlarının ilkin formasını yaratmışlar. Əslində xalqımız çoxəsrlik müəlliflik hüququ ənənələrinə malikdir.
Gənc nəsildə vətənpərvərlik, torpağa bağlılıq, ləyaqət, mərhəmət, xeyirxahlıq kimi mənəvi dəyərlərin inkişafında kitab əvəzsiz xəzinədir.
Kitab hər bir xalqın mənəvi sərvətidir.
Bülbül adına Orta İxtisas Musiqi Məktəbində bu əlamətdar günlə bağlı tədbir keçirildi. Tədbiri açan Ümumtəhsil işləri üzrə direktor müavini Nigar Baxşiyeva, məktəblilərə mütaliə mədəniyyətinin formalaşmasında kitabın rolundan, gələcək nəsillərin dünyagörüşünün inkişafında kitab oxumağın nə qədər vacib məsələ olmasından bəhs edərək, qeyd etdi ki, bu əlamətdar gün,kitaba məhəbbətlə yanaşan bütün insanları öz ətrafında birləşdirir. Bu baxımdan kitaba böyük məhəbbət və qayğı ilə yanaşan şagirdlərimizin, oxucularımızın olması sevindirici haldır. Tədbirdə - Uşaq yazıçısı, publisist Gülzar İbrahimova ilə görüş şagirdlərin sevincinə səbəb oldu.
Tədbirin sonunda öz əsərlərini kitabxanaya və şagirdlərə hədiyyə edən yazıçı, şagirdlər ilə xatirə şəkli çəkdirdi.


Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.