Azərbaycan Respublikası təhsil nazirinin 07 sentyabr 2021-ci il tarixli F-429 əmri ilə təsdiq edilmiş, 27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Təhsil Nazirliyinin tədbirlər Planına əsasən
Bülbül adına Orta İxtisas Musiqi Məktəbində
01-10 noyabr tarixlərində "Zəfər Günü"nə həsr edilmiş silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.
1-2 Noyabr - "Zəfər Günü"nə həsr edilmiş konsert( məktəbin Heydər Əliyev muzeyi)
3 noyabr - Qarabağ qazisi Aqil Amanovla görüş.
3 Noyabr -Elmlər doktoru, Professor, Memar Elçin Əliyevin şagirdlər ilə görüşü.
Görüşdə Qarabağ və Şuşanın Milli Memarlığı, tarixi, bu günu və gələcəkdə görüləcək işlər haqqında şagirdlərin məlumatlandırılması nəzərdə tutulur.
4 noyabr- Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında keçirilən "Zəfər Günü"nə həsr edilmiş tədbirdə, məktəbin xoru və Dövlət Uşaq - Gənclər Simfonik Orkestrinin çıxışı
10 Noyabr- Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında
Bülbül adına Orta İxtisas Musiqi Məktəbi və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının "Zəfər Günü" nə həsr olunmuş konserti.