Milli Məclisin Mədəniyyət Komitəsinin Sədri Qənirə xanım Paşayeva, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin VII sinif şagirdi, beynəlxalq müsabiqələr laureatı, ən gənc caz-muğam ifaçısı Məhəmməd Allahverdiyevi qəbul etmisdir.
Qənirə xanım Paşayeva gənc istedadın valideyinlərinin dəstəyi ilə həyata keçirdiyi maraqlı musiqi layihələrindən məmnunluğunu bildirib. Beləki, gənc ifaçının xarici ölkələrdəki həmkarlarıyla virtual əməkdaşlıq ortamında eyni mahnını ifa edərək, həm ölkəmizi təbliğ, tərənnüm etdiyini, həm də, yeni mədəni körpülər yaratdığını söyləyib. Bu işdə diaspor təşkilatlarımızın, xaricdə yaşayan nüfuzlu həmvətənlərimizin dəstək göstərməsini yaxşı hal sayan Qənirə xanım Paşayeva Mədəniyyət Komitəsinin də öz mənəvi dəstəyini əsirgəməyəcəyini vurğulayıb. Görüşdə iştirak edən Gülnarə xanımında musiqiçi olduğu, ADMİU-da Estrada sənəti üzrə baş müəllim kimi, həmçinin şəxsi vokal evində bir çox tələbələrin yetişdirilməsində rolu olduğu və uğurlu mədəni-kütləvi tədbirlərin təşkilatcısı kimi, Turan döyüş sənəti üzrə Azərbaycan Alpaqut Federasiyasının mədəniyyət komitəsnin sədri vəzifəsində çalışmışdır. Valideyninin musiqiçi olması Məhəmmədin fəaliyyətinə böyük təkan vermişdir.
Görüş zamanı bu ilki mühüm mədəniyyət tədbirləri, özəlliklə klassikl bəstəkarların yubileyləri, Şuşada keçiriləcək festivallar haqqında, Azərbaycanın görkəmli incəsənət xadimlərinin irsinin təbliği barəsində fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Komitə sədri Qənirə xanım Paşayeva tərəfindən, gənc istedada Qarabağ motivli xatirə hədiyyələri təqdim edildi.