aze | rus | eng



YAP-n yaranmasının 21 ildönümünə həsr olunmuş tədbir

   2013-cü il noyabrın 19-da Bülbül adına orta ixtisas musiqi məktəbinin Böyük zalında Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbiri YAP Səbail rayon Bülbül adına orta ixtisas musiqi məktəbi ərazi ilk təşkilatının sədri Əhmədova Aytən açaraq bildirdi ki, Yeni Azərbaycan Partiyasının yaranması ilə Azərbaycan siyasi həyatındayeni bir mərhələnin başlanğıcı qoyuldu.Ulu öndər Heydər Əliyev YAP-ın yaranmasından sonra partiyanın fəaliyyətindən danışarkən demişdir:"YAP yaranandan onun ən üstün, müsbət cəhəti ondan ibarətdir ki, partiyanın amalı, məqsədləri, qəbul etdiyi proqram, müstəqil Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət qurmaq, Azərbaycanda demokratik prinsipləri bərqərar etmək, Azərbaycanı dünya iqtisadiyyatına bağlamaq, Azərbaycanda iqtisadi-siyasi islahatlar həyata keçirmək və Azərbaycanı inkişaf etdirmək olmuşdur."

 Məktəbin direktor müavini Baxşiyeva Nigar çıxış edərək bildirmişdir ki, bu gün YAP Gənclər Birliyi Azərbaycanın ən böyük və güclü gənclər təşkilatıdır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır.Bu siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir.

   Sonra tədbir iştirakçılarının qarşısında məktəbin şagirdləri konsert proqramı ilə çıxış etdilər. Maqsudova Qəmərtac, Məlikli Orxan, Bəşirli Cəlil, Əbilli Şəmsi, Cəlilova Nigar, Yeşildağ Aydanın çıxışları böyük maraqla qarşılandı. Konsertdə şagirdləri İsmayılova Könül,Əsədullayev Mirhüseyn, Abdullayev Hikmət, Dadaşov Ruhulla müşayiət edirdi.



Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.