aze | rus | eng



"World Harmony" III Beynəlxalq Klassik və Folklor Musiqi müsabiqəsinin qalibləri ilə görüş

17 - 24 fevral tarixlərində" Harmoniya" Gürcü Folkloru və Klassik Musiqisinin İnkişafi Birliyi, Azərbaycan Dövlət Akademik Filarmoniyasının "Gənclərə dəstək" layihəsi və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən "World Harmony" III Beynəlxalq Klassik və Folklor Musiqi müsabiqəsində Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri iştirak edərək
Əhmədova Səidə VII sinif(violin) - I yer
Qurbanov Vaqif VIII sinif (v-cello)- I yer
Cabbari Özcan IX sinif( violin)- I yer
Məmmədzadə Kənan I X sinif( violin) - I yer
Mustafazadə Rəvan X sinif ( tar)- I yer
Hüseynzadə Kamil X sinif (zərb- alətləri)- I yer
Hacıyev İnal X sinif ( valtorn)- I yer
Vəliyev Əli VI sinif- ( piano)- II yer
Cəfərova Şükran V sinif ( piano)- III yer
Həsənzadə Murad VIII sinif( valtorna)- III yer
Bayraməliyeva Nəsrin X sinif ( qanun) - III yerə layiq görülmüşlər.
27 fevral tarixində Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin direktoru Xalq artisiti Teymur Göyçayev, Musiqi işləri üzrə direktor müavini Rəna Vəzirova,"Gənclərə dəstək" layihəsinin kordinatoru, musiqişünas Ayla Zəkəriyyə
müsabiqədə qalib olan şagirdlərlə görüşərək onları təbrik etdilər. Tədbiri açan məktəbin direktoru Teymur Göyçayev qalibləri bir daha təbrik edərək, sözü Ayla xanım Zəkəriyyəyə verdi. Ayla xanım qaliblərin Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, layihənin rəhbəri Murad Adıgözəlzadənin təklifi ilə
I yer qaliblərinin - Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri ilə solist olaraq,
I-II-III yer qaliblərinin isə - Kamera və Orqan Musiqisi zalında "Gənclərə dəstək" layihəsi çərçivəsində solist olaraq cıxışlarının nəzərdə tutulduğunu qeyd etdi.
Tədbirin sonunda qaliblərə həvəsləndirici mükafatlar təqdim edildi.



Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.