aze | rus | eng



Xalq Çalğı Alətləri Şöbəsinin Azərbaycanın Xalq Artisti Əlibaba Məmmədovun 90 illik yubileyinə həsr olunmuş konserti.

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən xalq mahnılarının, muğam ifaçılığının təşəkkülündə özünə məxsus dəstt-xətti, xidmətləri olan ustad xanəndə Xalq Artisti Əlibaba Məmmədovun 90 illik yubileyinə həsr olunmuş Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin Xalq Çalğı Alətləri şöbəsinin konserti keçirildi.

Konsertdən əvvəl Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin direktoru Xalq Artisti Teymur Göyçayev özünəməxsus ifa üslubu, məlahətli səsi və yüksək səhnə mədəniyyəti olan Əlibaba Məmmədovun uzun illər Bülbül adına Orta İxtisas Musiqi Məktəbində gənc nəslə muğam və xalq mahnılarımızın incəliklərini məhəbbətlə öyrətdiyini qeyd etdi. Konsertdə iştirak edən şagirdlər Tuncay Əşrəfli, Müjgan Zülfüzadə Rəvan Mustafazadə, Abbas Əliyev, Pərvin Vəlizadə, Elnarə Səmədova, İlham Rəhimov, Əlişov Ziya, Rüstəmbəyli Əli, Rüstəmbəyli Cavanşir, Bəylərli Rəşid, Vəlizadə Pərvin, Pirimov Asim, Hacızadə Nuray, Mustafalı Yəhya, Cavadzadə Rüqəyyə, Gülməmmədov Orxan, Mehrəliyeva Rəna, Feyzullayev Əli, Abdullayeva Ülkər, Zeynalov Loğman, İbrahimova Zəhra, Muradov Əli, Qurbanov Fərid, Qafarlı Rəhimənin ifalarında Azərbaycan bəstəkarlarının əsərləri və ustad xanəndənin repertuarındakı muğamlar və bəstələr səsləndirildi.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi mütəmadi olaraq Bülbül adına Orta İxtisas Musiqi məktəbi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan musiqi məktəbləri ilə birlikdə konsertlər təşkil edir. Birgə əməkdaşlıq nəticəsində keçirilən konsertlərin məqsədi gənc istedadların səhnəyə alışması və peşə səriştələrinin artırılmasına xidmət edir.

 
 
 
 
 


Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.