aze | rus | eng



Məzunlar üçün son zəng səsləndi

  Hər bir insanın həyatında bir ömür boyu unuda bilməyəcəyi, hər zaman  sevinc göz yaşları ilə xatırlayacagı anlar olur. Bax belə anlardan biri Son Zəng günüdür. Bu gün məktəb dövrünün ən son pik zirvəsidir. Bu zirvəni yaşamaq böyük xöşbəxtlikdir.

Mayın 31-də Bülbül adına orta ixtisas Musiqi Məktəbində son Zəng Günü keçirildi.Tədbirdə çıxış edən məktəbin direktoru, Xalq Artisti Teymur Göyçayev məzunları təbrik edərək onlara uğurlar arzuladı.Teymur müəllim bildirdi ki,  2012/2013-cü tədris ilində Bülbül adına orta ixtisas musiqi məktəbinin 38 məzunu həyata vəsiqə alır. Bu məzunların arasında məktəbin fəxri olan, istedadlı şagirdlər  - Lalə Hüseynzadə, Emil Bagırov, Züleyxa Usubova, Aynur Abdullayeva, İsmayıl Zülfüqarov, Fatimə Cəfərzadə, Tamilla Əhədova, Abdulov Həmid xüsusi diplomlarla təltif olundular.

Tədbirdə həmçinin, Ümumtəhsil şöbəsi üzrə direktor müavini Baxşiyeva Nigar, Musiqi Bölməsi üzrə direktor müavini Əhmədova Aytən, sinif rəhbərləri Həqiqət Cəfərova, Məhəbbət Hüseynova, Züleyxa Əliyeva çıxış edərək onbiriciləri məktəbi bitirməkləri münasibəti ilə təbrik etdilər, onlara yeni uğurlar, nailiyyətlər arzuladılar.

Sonra söz məzunlara verildi.Onlar öz növbələrində müəllimlərinə öz minnətdarlıqlarını bildirdilər və maraqlı, rəngarəng  çıxışları ilə həm müəllimlərini, həm valideynlərini sevindirdilər.Həmçinin tədbirdə 1-cilər öz mahnı, şer, rəqsləri ilə məzunları təbrik etdilər.



Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.