aze | rus | eng



Bülbülün anadan olmasının 120 illiyinə həsr olunmuş müsabiqənin açılışı kecirildi.

 2017-ci ildə Azərbaycan professional vokal məktəbinin  banisi, görkəmli müğənni,tədqiqatçı alim və pedaqoq, tanınmış ictimai-xadim, SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Bülbülün anadan olmasının 120 illiyi tamam olur. Bülbül təkrarolunmaz üsluba malik sənətkar kimi  çoxəsrlik milli mədəniyyət salnaməmizə yeni və parlaq səhifələr yazmışdır.

Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən musiqi sevərlər dahi ustadın anadan olmasının 120 illiyini yüksək səviyyədə qeyd edirlər. Xalq çalğı alətləri ifaçıları və vokalçıların artıq III dəfə keçirilən müsabiqəsi də məhz bu qəbilədən olan tədbirlərdəndir.
Ölkə prezidentinin sərəncamına əsasən Azərbaycan və dünya musiqi sənətinə korifeylər bəxş etmiş, Azərbaycan peşəkar musiqi təhsilinin təşəkkülü və inkişafında mühüm rol oynayan əsası Ü.Hacıbəyli tərəfindən qoyulan Bülbül adına orta ixtisas musiqi məktəbi  Bülbülün anadan olmasının 120 illik yubileyinə həsr olunmuş xanəndələri, vokal və milli musiqi alətləri ifaçılarının III müsabiqəsinin keçirilməsi məsuliyyətini böyük şərəflə öz üzərinə götürmüşdür.
13 dekabr 2017-ci ildə Azərbaycan Milli İncəsənət muzeyində Bülbülün 120 illik yubileyinə həsr olunmuş müsabiqəsinin açılışı oldu.
 Müsabiqəni Bülbül adına orta ixtisas musiqi məktəbinin direktoru, xalq artisti Teymur Göyçayev açaraq iştirakçılara uğurlar arzuladı. Tədbir Bülbül adına orta ixtisas musiqi məktəbinin məzunlarının konsert proqramı ilə davam etdi.



Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.