Noyabrın 7-də Bülbül adına Orta İxtisas Musiqi Məktəbində Dövlət Bayrağı Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə məktəbin kiçik simfonik orkestri və kiçik xorunun ifasında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, dövlət bayrağı səhnəyə gətirilib.
Məktəbin direktoru, Xalq Artisti Teymur Göyçayev bu əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib. Bu günün mahiyyətindən danışan T.Göyçayev Prezident İlham Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsi sahəsində gördüyü işlərdən, dövlət atributlarımıza xüsusi diqqət və qayğısından söz açıb. O, şagirdlərə dövlət kimi varlığımızın sübutu olan, uğrunda minlərlə şəhid verdiyimiz bayrağımızı uca tutmağı tövsiyə edib.
Sonra məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nigar Baxşəliyeva bayrağın yaranma tarixi haqqında tədbir iştirakçılarına məlumat verib.
Tədbirin bədii hissəsi məktəbin şagirdlərinin ifasında musiqi nömrələri və şeirlərlə davam etdirilib.
http://azertag.az/xeber/Bulbul_adina_orta_ixtisas_musiqi_mektebinde_Dovlet_Bayragi_Gunu_qeyd_olunub-1008446
http://azpress.az/index.php?lang=az§ionid=news&id=61527