aze | rus | eng



Fənn olimpiada qaliblərinin mükafatlandırma mərasimində çıxış

 2015-ci il aprelin 20-də Kempinski oteldə Respublika fənn olimpiadalarının final mərhələsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan Mikayıl Cabbarov ümumtəhsil məktəblərində şagirdlər arasında keçirilən respublika fənn olimpiadalarından danışaraq bildirib ki, şagirdlər arasında respublika fənn olimpiadasının keçirilməsi, onların müxtəlif  fənlərə marağının artırılması, istedadlı məktəblilərin aşkara çıxarılması baxımından yüksək əhəmiyyət daşıyır. Mikayıl Cabbarov  “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın istedadlı uşaqların inkişafına yönəlmiş bir sıra mühüm hədəfləri özündə əks etdirdiyini vurğulayıb.

     Tədbirin bədii hissəsində Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdlərindən Prezident təqaüdçüsü Atabəy İsmayılov, Beynəlxalq müsabiqələr laureatları Mərziyə Hüseynova, Cəmilə Əsgərzadə, Respublika müsabiqələri laureatları Gülnar Qüdrətli, Aydın Zeydullayev musiqi nömrələri ilə çıxış etmişlər.

Təhsil Naziri Mikayıl Cabbarov əldə etdikləri nailiyyətlərə görə çıxış edən şagirdləri təbrik etmiş, onları qiymətli hədiyyələrlə mükafatlandırmışdır.

 



Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.