Noyabrın 18-də "Kapellhaus" Alman-Azərbaycan Mədəniyyət Birliyində barokko musiqisi axşamı keçirilmişdir. Konsertdə Xalq Artisti, Bakı Musiqi Akademiyasının professoru Zəhra Quliyevanın şagirdləri Osman Mustafazadə, Çinarə Əzimova, Firəngiz Abdullayeva böyük bacarıqla barokko dövrünün bəstəkarlarının əsərlərini ifa etmişlər.