Noyabr ayının 3-sə Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Bəstəkarlar İttifaqının 80 illiyinə həsr olunmuş musiqi festivalı keçirilmişdir.
Festival çərçivəsində həyata keçirilən konsertlərdə Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələri; Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, T.Bakıxanov, M.Mirzəyev, D.Dadaşov, o cümlədən gənc müəlliflərin əsərləri səsləndirilmişdir.
Noyabrın 15-də Festival çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasında Xalq Artisti Teymur Göyçayevin rəhbərliyi ilə Dövlət Kamera Orkestrinin Konserti keçirilmişdir. Konsertdə Fortepiano şöbəsinin X sinif şagirdi Fatimə Əliyeva Üzeyir Hacıbəylinin "Sevgili canan" əsərini orkestrin müşayiəti altında böyük məharətlə ifa etmişdir. Fatımə Əliyeva Əməkdar müəllim Adilə Rəhimovanın sinfində təhsil alır.