aze | rus | eng



Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş konsert

          Sentyabrın 18-də Beynəlxalq Muğam Mərkəzində  Azərbaycan Diplomatik Akademiyanın və Beynəlxalq Muğam Mərkəzinin  birgə layihəsi çərçivəsində  dahi bəstəkar, doğum günü Milli Musiqi günü kimi qeyd olunan Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş tədbir keçirilmişdir. Musiqişünas, BMA-nın dosenti Leyla Zöhrabova ADA müəllim və tələbə heyəti qarşısında çıxış edərək  Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından  söhbət açmış,  bəstəkarın  əsərlərinin təhlilini vermiş,  onun maarifçi, ədib kimi fəaliyyətindən də danışmışdır.  Tədbirdə Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri Nigar Cəlilova və Məftun Səfərli "Leyli Məcnun" operasından  Görüş səhnəsini məharətlə  ifa etmişlər. Xanəndələri tarda Prezident təqaüdçüsü Mirhüseyn Əsədullayev müşayiət etmişdir.  Mərziyə Hüseynova "Arşın mal alan" operettasından Gülçöhrənin ariyasını (fortepianoda müşayiət   Rəfiqə Quluzadə), Nəzrin Abbaslı "Sənsız",  Fatimə Əliyeva "Sevgili canan" romanslarının fortepiano işləmələrini böyük bacarıqla ifa etmişlər.



Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.