2014-cü il 30 May-13 iyun tarixlərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Rusiya Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunmuş "Родники души" adlı X Respublika Festival-Müsabiqə keçirilmişdir. Müsabiqədə Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri uğurla çıxış etmişlər. VIII sinif şagirdi Ləman Əsədova Festivalın I dərəcəli diplomuna layiq görülmüşdür. Əsədova Ləman Mina Aslanovanın sinfində skripka ixtisası üzrə təhsil alır. Xalq çalğı alətləri şöbəsinin V sinif şagirdi Samidə Məmmədova festivalda uğurlu şıxışına görə III dərəcəli diplomla təltif olunmuşdur. Samidə qanun sinfi üzrə Əməkdar artist Təranə Əliyevanın sinfində oxuyur. Orkestr şöbəsinin şagirdləri Zülfüqarlı Fatimə, Hacıbəyli Üzeyir, Məmmədzadə Kənan ( Mahirə Tabiyevanın sinfi) Festivalın Diplomlarına layiq görülmüşlər.