22-26 aprel 2024- cü il tarixlərində
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bülbül adına Orta İxtisas Musiqi Məktəbi respublikada gənc istedadların aşkara çıxarılması, onların professional inkişafının dəstəklənməsi, ifaçılıq sənətinin inkişafı məqsədi ilə Azərbaycan SSR Xalq artisti, bəstəkar Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunmuş milli musiqi alətləri ifaçılarının və xanəndələrinin müsabiqəsi keçirildi.
Respublikanın müxtəlif rayon və şəhərlərinin incəsənət və müsiqi məktəblərindən müsabiqəyə qatılan 500 yaxın iştirakçıdan 189 -u ( 87 şagird- şəhər, 102 şagird -rayon ) 1-2-3 yerlərə, digər iştirakçılar isə həvəsləndirici fəxri fərmanlarla təltif olundu.
Müsabiqənin yekin konserti qaliblərin çıxışları ilə Beynəlxalq Muğam Mərkəzində keçirildi.