İyunun 3-də İçərişəhərdəki “Arxeoloji park”da Müasir İncəsənət Muzeyinin, “YARAT!” Müasir İncəsənət Məkanının, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və “Da'ART” təsviri incəsənət mərkəzinin birgə təşkilatçılığı ilə uşaqların əl işlərindən ibarət sərgi açılmışdır. “Bizim sevimli şəhərimiz” mövzusunda təşkil edilmiş sərgi Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuşdur.
Tədbirdə Bülbül adına orta ixtisas musiqi məktəbinin nəfəs alətləri kvinteti ( Şeyda Ələsgərova, Xəyalə Quliyeva, Murad Tağıyev, Asif Quliyev və Qənbər Məmmədov) və İzzət Peçkurov musiqi nömrələri ilə çıxış etmişlər.