2014-cü il may ayının 1-8 tarixlərində Tbilisi şəhərində gənc pianoçuların VI Beynəlxalq müsabiqəsi keçirilmişdir. Müsabiqədə 85 gənc pianoçu IV kateqoriya üzrə öz qüvvəsini sınamışdır. Müsabiqə iştirakçılarını münsiflər heyətinin üzvləri V.Şerstyuk(Ukrayna), G.İwanzowa (Almaniya), Dana Ali (Qazaxıstan), L.Nikabadze (Gürcüstan), T.Akhobadze(ABŞ) qiymətləndirmişlər.
VI Tbilisi Beynəlxalq müsabiqəsində Bülbül adına orta ixtisas musiqi məktəbinin fortepiano şöbəsinin VIII sinif şagirdi Rəşid Behbudov uğurla çıxış edərək III dərəcəli diploma layiq görülmüşdür. Rəşid Behbudov Hülufər Tabasaranskayanın sinfində dərs alır. Qeyd edək ki, Rəşid 2013-cü ildə "İslam dünyasının gənc klassik musiqi ifaçılarının "II Beynəlxalq müsabiqəsində I yerə layiq görülmüşdür.