Təməli Üzeyir Hacıbəyli tərəfindən qoyulan Bülbül adına Orta İxtisas Musiqi Məktəbi Azərbaycanda özünəməxsus yeri olan tədris ocağıdır.Orta ixtisas musiqi məktəbinin başlıca vəzifələri aşağıdakılardan ibarətdir:
-respublikada musiqi iste’dadı olan uşaqları aşkara çıxarmaq, onlara müasir tələblərə cavab verən yüksək peşə bilikləri almaq üçün əlverişli şərait yaratmaq;
-tədris planını və proqramlarını daim təkmilləşdirmək yolu ilə şagirdlərin nəzəri və peşə hazırlığında fundamental elmlərin əhəmiyyətinin yüksəldilməsini, incəsənət və mədəniyyət sahəsində elmi-metodiki nailiyyətlərin daha dolğun şəkildə əks etdirilməsini təmin etmək.
Şağirdlər məktəbə 6 yaşından qəbul edilir. Tədris üç pillədən ibarətdir:
I – ibtidai pillə (I-IV siniflər)
II – orta pillə (V – VIII siniflər);
III – ixtisas pilləsi (IX – XI siniflər).
Məktəbdə tədris iki dildə – azərbaycan və rus dillərində aparılır.
Bülbül adına orta ixtisas musiqi məktəbində fortepiano, orkestr, nəzəriyyə, xalq çalğı alətləri, ümumtəhsil şöbələri fəaliyyət göstərir. Bu şöbələrdə aşagıdakı ixtisaslar tədris edilir:
- fortepiano
- simli alətlər (violin, v-cello, viola, arfa)
- nəfəs alətləri (klarnet, qoboy, fleyta, valtorna, tuba, trombon, faqot, saksofon)
- nəzəriyyə,bəstəkarlıq, vokal,xor dirijorluğu
- tar, kamança, qanun, balaban
- xanəndə
Məktəbdə həmçinin , kamera ansamblı, konsertmeyster sinfi, ümumi fortepiano fənn şöbələri fəaliyyət göstərir.
Məktəbdə şagirdlərin inkişafı üçün mütəmadi olaraq konsertlər, beynəlxalq,respublika müsabiqələri,festivallar, yerli və xaricdən dəvət edilmiş pedaqoqların iştirakı ilə ustad dərsləri təşkil edilir.
https://www.facebook.com/photo/?fbid=1150512039229040&set=a.934545090825737