Türkiyə Respublikasının Ankara şəhərinin ümumi təhsil müəssisələrinin şagird və müəllimlərindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Nümayəndə heyətinə ümumilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Türkiyədə şagirdlər arasında keçirilmiş rəsm və inşa müsabiqəsinin qalibləri, müəllimlər və Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin əməkdaşları daxildir.
Nümayəndə heyəti həmçinin Bülbül adına orta ixtisas musiqi məktəbini ziyarət edib. Məktəbdə qonaqlar üçün musiqili proqram təşkil olunub.