aze | rus | eng



18 MAY – BEYNƏLXALQ MUZEYLƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ “TƏBİƏTİN MUSİQİSİ” adlı tədbirdə şagirdlərimiz konsert proqramı ilə çıxış etdilər.
18 MAY – BEYNƏLXALQ MUZEYLƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ “TƏBİƏTİN MUSİQİSİ” ADLI TƏDBİR
Bu gün Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Bülbülün Memorial Muzeyi ilə birgə 18 May – Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Təbiətin musiqisi” adlı tədbir keçirilmişdir. Bu il Beynəlxalq Muzeylər Gününün mövzusu “Muzeylər, dayanıqlılıq və rifahdır”.
Tədbirdə muzeyin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, Bülbülün Memorial Muzeyinin direktoru Fərqanə Cabbarova mövzu ətrafında çıxış etmişlər.
Tədbir muzeyin Qədim Musiqi Alətləri Ansamblı (bədii rəhbər və konsertmeyster Xalq artisti Munis Şərifov), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistinin, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri – Heydər Əliyev adına IV Respublika Müsabiqəsinin qaliblərinin, R.Hacıyev adına 15 nömrəli 11 illik Musiqi Məktəbinin şagirdlərinin ifalarında “Təbiətin musiqisi” adlı konsert proqramı ilə davam etmişdir.
https://www.facebook.com/100028107657102/videos/pcb.1139948446952066/1480977152643856
https://www.facebook.com/100028107657102/videos/pcb.1139948446952066/214102138072377
https://www.facebook.com/100028107657102/videos/pcb.1139948446952066/971998220816905


Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.