aze | rus | eng



10 a sinfində böyük mütəfəkkir Mirzə Fətəli Axundovun həyat və yaradıcılığına həsr olunmuş dərs keçirildi.
7 fevral tarixində 10 a sinfində İncə ruhlu şair, dərin zəkalı filosof və realist nəsrin banisi kimi tanınmış, yalnız Azərbaycan ədəbiyyatında deyil, bütün Şərq aləmində böyük islahatçı kimi şöhrətlənmiş, öz xalqının tərəqqisi uğrunda çalışmış, bütün ömrü boyu milli-mənəvi dəyərlərimizin keşiyində dayanmış, böyük mütəfəkkir Mirzə Fətəli Axundovun həyat və yaradıcılığına həsr olunmuş dərs keçirildi.
Azərbaycan ədəbi-mədəni fikir tarixində görkəmli dramaturq, M.F.Axundovun Azərbaycan ədəbiyyatına gətirdiyi ən böyük yeniliklərdən biri milli dramaturgiyanın əsasını qoymasıdır. Ədib 1850-1855- ci illər arasında bir- birindən maraqlı altı komediya yazmışdır. Keçirilən dərs zamanı onun geniş şöhrət qazanmış əsərlərindən biri də "Hekayəti-müsyö Jordan həkiminəbatat və dərviş Məstəli şah caduküni-məşhur" (1850) komediyası şagirdlərə nümayis etdirildi.
Fənn: Ədəbiyyat
Sinif:10a
Müəllim: Sevda Heydərova


Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.