aze | rus | eng



Görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş tədbir

Aprel ayının 27-də Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bülbül adına orta ixtisas musiqi məktəbində görkəmli oftalmoloq, respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.Tədbirdə Səbail rayon rəhbərliyi, elm, mədəniyyət, incəsənət xadimləri, rayon ictimaiyyətinin, ağsaqqalların, veteranların, gənclərin nümayəndələri iştirak etmişlər. Məktəbin akt zalına toplaşan qonaqları salamlayan Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə məlumat vermişdir.

   Tədbirdə Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri  məktəbin direktoru, Azərbaycanın xalq artisti Teymur Göyçayevin rəhbərliyi ilə hazırlanmış konsert proqramı ilə qonaqlar qarşısında çıxış etmişlər.N.Cəlilova, M.Hüseynova, L.Zeynalova, A.İsmayılov,Z.Alxazova, C.Əsgərzadə  A.Zeydullayev,R.Daşdamirov, H.Abdullayev, M.Paşazadə, Q.Maqsudova, Z.Rəhimli, O.Cəlilovun ifasında səslənən Azərbaycan və dünya bəstəkarlarının klassik və xalq mahnıları zala toplaşanların sürəkli alqışları ilə qarşılanmışdır.
Əlamətdar günlə bağlı rayon İcra Hakimiyyəti tərəfindən məktəbə pianino hədiyyə olunmuşdur. Məktəbin direktoru məktəbə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildirmişdir.

 



Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.