aze | rus | eng



IX sinif şagirdlərinin valideyinləri ilə "Reproduktiv sağlamlıq" mövzusunda görüs keçirildi.
19 oktyabr 2023-cü il tarixində Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin IX sinif şagirdlərinin valideyinləri ilə "Reproduktiv sağlamlıq" mövzusunda görüs keçirildi. Görüşdə məktəbin biologiya müəllimi Gülnarə Mütəllibova, psixoloq Sona Rüstəmova, müəllim İradə Əbdülrəhimova təqdimatla çıxış edərək, görüş iştirakçilarına yeniyetmə və gənclərin reproduktiv sağlamlığın qorunmasına dair tövsiyələr verərək, onların sağlam nəsil kimi yetişməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu vurğulandı.
Bu mövzuda maarifləndirici görüşlərin məktəbdə şagirdlər ilə daima kecirildiyi qeyd edildi.
Görüşün sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.


Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.