aze | rus | eng



17 oktyabr tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində “Simurq” layihəsi çərçivəsində konsert təşkil olunub.
17 oktyabr tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində “Simurq” layihəsi çərçivəsində konsert təşkil olunub.
Dirijor Cavad Tağızadənin rəhbərliyi, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin (bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimov) müşayiəti ilə solistlər - violin ifaçıları Evgeniya Epşteyn (İsrail - Xorvatiya), Qədir Günəşov,( Bülbul adına Orta İxtisas Musiqi Məktəbi- X sinif -violin), Surə Rüfət, Zeyn Cəfərov, Özcan Cabbari, Osman Mustafazadə, Kənan Məmmədzadə, Xədicə Gözəlova, Nəzrin Hüseynova, Aydan Hacıəhmədova, Fəridə Abbaszadə, Yulia Motorina və Renata Abubəkirova öz ifalarını dinləyicilərə təqdim ediblər.
Proqramda Rus və Qərbi Avropa bəstəkarlarının əsərləri səslənib.
Müəllifi tanınmış pianoçu, beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə olan layihənin başlıca məqsədi Azərbaycanın gənc, istedadlı musiqiçilərini önə çıxarmaq və dəstək olmaq, eləcə də onlara ifaçılıq sənətində peşəkar bilik və bacarıqlar öyrətməkdir.
Təqaüdçü gənc tələbə qızlar


Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.