aze | rus | eng



28 may Müstəqillik Günü və 1 iyun -Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş, Bülbul adına Orta İxtisas Musiqi Məktəbi şagirdlərinin konserti keçirildi.
30 May 2023-cü il - Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında, 28 may Müstəqillik Günü və 1 iyun -Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş, Bülbul adına Orta İxtisas Musiqi Məktəbi şagirdlərinin konserti keçirildi. Konsertdə Azərbaycan Dövlət Gənclər Simfonik Orkestri, Məktəbin "Tutti"Kamera Orkestri və Respublika və Beynəlxalq müsabiqələr laureatları Məmmədov Ucal, Niftəliyev Mehdi, Əliyeva Amalya, Məhəmmədova Nərgiz, Xanməmmədova Nurcan, Hacızadə Nuray, Qurbanov Vaqif, Göyçayeva Mina, Günəşov Qadir, Əlişov Ziya, Nağızadə Nağı, Novruzlu Xumar, Cəfərova Gülsüm və Niyazi adina 22 saylı Uşaq Musiqi məktəbinin şagirdi Elmira Dadaşovanın ifasında Azərbaycan, rus və qərbi avropa bəstəkarlarının əsərləri səsləndirildi.
Konsertdə iştirak edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh xanım Əliyeva və digər rəsmi qonaqlar iştirakçıları 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edərək onlara yeni yaradıcılıq uğurları arzuladılar.
Konsert tamaşaçıların alqışları ilə sona çatdı.
https://innews.media/az/news/id-13670?fbclid=IwAR1ith6Irkx8RYQmxRboE146PeJcRij-P9wc4s_cpiQ7wCOCvm4RBO0m6bk


Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.