aze | rus | eng



Bülbül adına Orta İxtisas Musiqi Məktəbində Rusiya Federasiyasından dəvət olunmuş, Çaykovski adına mərkəzi musiqi məktəbinin fortepiano müəllimləri Mira Marçenkonun,Tatyana Titovanın və Aleksandr Qindi tərəfindən məktəblilər üçün ustad dərsləri keçirildi.

Tədbir Təhsil Nazirliyi və Bakı Media Mərkəzinin dəstəyi ilə həyata keçirilən “Simurq” uşaq mus i festivalı layihəsi çərçivəsində təşkil olunub.

Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanın gənc, istedadlı musiqiçilərini önə çixarmaq və dəstək olmaq, eləcə də onlara ifaçılıq sənətində peşəkar bilik və bacarıqların öyrədilməsindən ibarətdir.

Gələcəkdə layihəyə cəlb olunan məktəblilər üçün tanınmış pedaqoq və musiqiçilər tərəfindən ustad dərslərinin təşkil edilməsi davam etdiriləcək.

#TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar

 
 


Фотогаллерея


Copyright ©2012. Все права защищены. Сайт разработан ведущими веб-студии lider.az