aze | rus | eng



    Aprelin 14-dən 20-dək Fransanın paytaxtı Parisdə gənc ifaçıların XXV “Flame” Beynəlxalq müsabiqəsi keçirilmişdir. Müsabiqədə 39 ölkədən ifaçılar fortepiano, skripka, violonçel və vokal nominasiyalarında yarışmışlar. Bülbül adına orta ixtisas musiqi məktəbinin IX sinif şagirdi Cəmilə Əsgərzadə müsabiqədə uğurla çıxış edərək birinci yerə layiq görülmüşdür.
Cəmilə Əsgərzadə Əməkdar Müəllim Fatimə İdyatulinanın sinfində dərs alır. Bu müsabiqədən əvvəl Cəmilə Əsgərzadə Tbilisi şəhərində keçirilən “Gələcəyin ulduzları” adlı konsertdə Azərbaycanı layiqincə təmsil etmişdir.



Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az