aze | rus | eng



Bülbül adına Orta İxtisas Musiqi Məktəbində Xalq artisti Şövkət Ələkbərovanın 100 illik yubileyinə həsr olunmuş konsert keçirildi.
Konserti açan məktəbin direktoru Xalq artisti Teymur Göyçayev, məktəbimizdə uzun müddət pedaqoji fəaliyyətlə məşğul olmuş,
gənc ifaçılar nəslinin yetişdirilməsində böyük əməyi olmuş, mahnı janrının ustadı, milli ifaçılıq ənənələri əsasında öz məktəbini yaratmış peşəkar vokalçı olmaqla yanaşı, həm də mahir pedaqoq Şövkət Ələkbərova haqqında xatirələrini bölüşülərək sözü şagirdlərə verdi.
Konsert boyu şagirdlərin ifasında Şövkət Ələkbərova repertuarından mahnılar səsləndirildi.


Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az