aze | rus | eng



Qazaxıstanın aparıcı ümumi təhsil müəssisələrindən biri olan “Nazarbayev İntellektual Məktəbləri”nin nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Səfər çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev nümayəndə heyəti ilə görüş keçirib. Görüş zamanı “Nazarbayev İntellektual Məktəbləri” ilə Azərbaycanın ümumi təhsil müəssisələri arasında birbaşa əlaqələrin qurulması ətrafında fikir mübadiləsi aparılıb, bu barədə təkliflər səsləndirilib.
Nümayəndə heyəti həmçinin Bakı şəhərində yerləşən 20 nömrəli məktəb-lisey, Fizika, riyaziyyat və informatika təmayüllü lisey, Bülbül adına orta ixtisas musiqi məktəbi və Bakı Avropa Liseyini ziyarət edib. Görüşlər zamanı “Nazarbayev İntellektual Məktəbləri" ilə yerli ümumi təhsil müəssisələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub, təcrübə mübadiləsinin əhəmiyyəti vurğulandı.


Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az