aze | rus | eng



15 sentyabr 2022-ci il tarixində Bülbül adına Orta İxtisas Musiqi Məktəbində pedaqoji şuranın iclası keçirildi.
İclasda vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Məktəbin direktoru Teymur Göycayev 2022-2023-cü tədris ilindəki fəaliyyət istiqamətlərini və qarşıda duran əsas məsələləri pedaqoji şuranın diqqətinə çatdırdı.
Məktəbimizdə uzun müddət pedaqoji fəaliyyətlə məşğul olmuş, Azərbaycan dili və ədəbiyyat müəllimi Nəzakət Məlikova təqaüd yaşı ilə əlaqədar kollektivimizin pedaqoji sıralarından ayrıldı. Həmkarımıza uzun ömür və can sağlığı arzulayan bütün kollektiv sonda xatirə şəkli çəkdirdi.


Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az