aze | rus | eng



15 sentyabr "Bilik Günü" Bülbül adına Orta İxtisas Musiqi Məktəbində həmişəki illərdən fərqli olaraq keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açılaraq,vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqlik sükutla yad edildi.
Allah şəhidlərimizə rəhmət etsin!
Məktəbdə ilk dərslər"Qarabağ Azərbaycandır!" mövzusuna həsr edildi.
Məktəbin direktoru Teymur Göyçayev, ümumtəhsil işləri üzrə direktor müavini Nigar Baxşiyeva,musiqi işləri üzrə direktor müavini Rəna Vəzirova bütün siniflər üzrə şagirdlər ilə görüşərək, 2022/2023-cü tədris ilinin onlar üçün uğurlu keçməsini arzuladılar.


Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az