aze | rus | eng



Gənclər və İdman Nazirliyi və Bakı Caz Festivalının birgə təşkilatçılığı ilə Qax Olimpiya İdman Kompleksində keçirilən gənc caz ifaçıları üçün yay düşərgəsi yekunlaşıb.
Düşərgə müddətində peşəkar və tanınmış caz musiqiçisi, piano müəllimi Rövşən Rzayev ustad dərsləri verib, gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün açıq havada oyunlar və müsabiqələr təşkil edilib. Azərbaycanın əməkdar artisti Rain Sultanov tərəfindən nəfəs alətlərində ifa edən gənc caz musiqiçiləri ücün ustad dərsləri, tanınmış caz vokalçı Elnarə Həsənli tərəfindən vokalçılar üçün ümümi nəzəriyyə və praktik dərslər aparılıb.
Bundan başqa, seminar, debat, eləcə də musiqi batılları, musiqi parçasını tap oyunu, caz haqqında filmlər nümayiş edilib və caz axşamları keçirilib. Düşərgənin sonuncu günü Qax rayonunun sakinləri üçün gənc caz ifaçıların konserti təşkil edilib.Konsertdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin VIII sinif şagirdi Allahverdiyev Məhəmməd musiqi nömrələri ilə çıxış etdi.


Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az