aze | rus | eng



  Bülbül adına orta ixtisas musiqi məktəbi mütəmadi olaraq görkəmli bəstəkərların yaradıcılığına həsr olunmuş konsertlər təşkil edir. Belə konsertlərdən biri  dahi Avstriya bəstəkarı V.A.Motsartın opera yaradıcılığına həsr olunmuşdur. Nəzəriyyə şöbəsinin müəllimləri Kəmalə Şixəliyeva və İradə Xəlilovanın hazırladıqları tədbir tamaşaçıların böyük marağına səbəb olmuşdur. İlk öncə tədbirin aparıcısı İntiqam Allahverdiyev konsertdə iştirak edən  Avstriyanın Azərbaycandakı Səfiri xanım Silvia-Mayer-Kaybiçi salamladı Sonra nəzəriyyə şöbəsinin X sinif şagirdi Arzu Məmmədova V.A.Motsartın yaradıcılığı haqda məlumat verdi. Məktəbin şagirdləri Çinarə Əzimova, Elarə Əliyeva, Mərziyə Hüseynova, Orxan Cəlilov  V.A.Motsartın "Don Juan", "Fiqarinun toyu" operalarından ariyaları, həmçinin bəstəkarın bəstələdiyi  mahnıları böyük zövqlə ifa etdilər. Əməkdar Artist Fəridə Məmmədovanın çıxışı tamaşaçıların sürəkli alğışlarına səbəb oldu.



Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az