aze | rus | eng



08 dekabr tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə, Azərbaycan və dünya ədəbiyyatı xəzinəsinə dəyərli töhfələr verən dahi şair və mütəffəkir, Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş “Dünyada söz olmasa, nəyə gərək düşüncə” adlı Festival çərçivəsində ”Şairlər ustadı böyük Nizami” adlı şeir, ”Nizami və musiqi dünyası” adlı musiqi günləri keçirildi.
Tədbirdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi
Tağıyeva Leyla-VIII sinif(Qanun) 
Q.Qarayev "Yeddi gözəl" baletindən "Aişənin rəqsi"
Müəllim: Qədirova Aygül
Konsertmeyster-Kərimova Sevinc
Tədbirlərdə Azərbaycan Respublikası Ombudsman Aparatından, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən nümayəndələr, Əməkdar artist Firuz Səxavət, musiqisevərlər, KİV əməkdaşları və ümumilikdə Nizami Gəncəvi yaradıcılığına dəyər verən çoxsaylı qonaqlar və s. iştirak etdilər.
Qeyd edək ki, Festivalın keçirilməsində əsas məqsəd qüdrətli söz və fikir ustadı Nizami Gəncəvinin insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığını təbliğ etmək, həmçinin, mütəfəkkir şairin yaradıcılığının bir daha öyrənilməsi, tanıdılması və gələcək nəsillərə çatdırılmasıdır.


Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az