aze | rus | eng



   Dekabrım 26-da M. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında 31 dekabr dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva ali məktəbin tələbələrini və müəllimlərini qarşıdan gələn Yeni il münasibətilə təbrik etmişdir. O, başa çatmaqda olan ilin filial üçün uğurlu olduğunu qeyd edərək, tələbələrə yeni ildə təhsil uğurları arzulamışdır.

   Tədbirin bədii hissəsində  Xalq Artisti Teymur Göyçayevin rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestri və Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri çıxış etmişlər.



Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az