Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin ibtidai siniflərində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan IIIa sinfinin sinif rəhbəri Sevda Cəmşidi şagirdləri bu günkü gün münasibətilə təbrik etdi. Şagirdlərə bu günki günün 1949-cu ildə Beynəlxalq Demokratik Qadınlar Federasiyası, uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflərini səsləndirib və 1-ni iyunu Uşaqların Müdafiəsi Günü elan edib. BMT bu təşəbbüsü bəyənib və uşaqların hüquqlarını, həyat və sağlamlıqlarını öz fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi elan edib. 1950-ci ildə BMT-nin xətti ilə dünyanın 51 ölkəsində bu münasibətlə silsilə tədbirlər keçirilib. Uşaqların hüquqlarının müdafiəsi ilə bağlı BMT Baş Məclisi 1989-cu ilin 20 noyabrında “Uşaq Hüquqları Konvensiyası”nı müvafiq qətnaməsilə ilə qəbul edib. Azərbaycan bu Konvensiyanı Milli Məclisin 1992-ci il 21 iyul tarixli, 236 nömrəli qərarına əsasən ratifikasiya edildiyini qeyd etdi, dünyanın əksər ölkələrində olduğu kimi, "1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü" Azərbaycanda qeyd edilir. Uşaqlar Azərbaycanda əhalinin təxminən 30 faizini təşkil edir.
Tədbirin sonunda şagirdlərin ifasında şerlər, mahnılar və IV sinif şagirdi Yusif Atayevin 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr etdiyi mahnı səsləndi.