aze | rus | eng



"Azərbaycan gəncliyi 2017- 2021 - ci illərdə "Dövlət Proqramı" çərçivəsində , Azərbaycanın tarixi şəxsiyyətlərinin həyat və fəaliyyəti mövzusunda
Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 11 avqust 2020- ci il sərəncamına əsasən, ölkəmizdə bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində və nasizm üzərində qələbə çalınmasında böyük xidmətlər göstərmiş Azərbaycan xalqının mərd oğlu kimi rəşadətli döyüş yolu keçmiş Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyi keçirilir. 1941-ci ildə müharibənin başlanması ilə ölkənin müdafiəsi üçün könüllü surətdə cəbhəyə yollanan Əhmədiyyə Cəbrayılov daha sonralar Fransa Müqavimət hərəkatında fəal iştirak etmişdir. Əhmədiyyə Cəbrayılovun yüksək bacarıqla həyata keçirdiyi çoxsaylı kəşfiyyat əməliyyatlarındakı misilsiz şücaətləri layiqincə qiymətləndirilmişdir. Fransa dövlətinin orden və medalları ilə təltif edilmiş həmvətənimizin, eyni zamanda Müqavimət hərəkatı iştirakçıları sırasında xatirəsi əbədiləşdirilmişdir.Xalqımızın qəhrəmanlıq ənənələrini Azərbaycanın hüdudlarından uzaqlarda layiqincə yaşatmış Əhmədiyyə Cəbrayılovun igidlikləri işğal altındakı torpaqlarımızı hər an azad etməyə qadir olan Azərbaycan Ordusunun mətin əsgəri üçün fədakarlığın parlaq rəmzi, hünər və cəsarətin bariz nümunəsidir.
Bülbül adına Orta İxtisas Musiqi Məktəbində əfsanəvi qəhrəmana həsr edilmiş silsilə tədbirlər keçirilir.
Müəllim: Nərgiz Qasımova
Sinif: 10(1)


Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az