aze | rus | eng



Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi uğrunda aparılan döyüşlərdə əsl qəhrəmanlıq nümunəsi, misilsiz şücaət və rəşadət göstərmişlər. Xalqımızın bir sıra igid övladları işğalçı düşmənə qarşı həyata keçirilən əməliyyatlar zamanı şəhid olmuş, sağlamlığını itirmişlər.
Bülbul adına Orta İxtisisa Musiqi Məktəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan – “YAŞAT” Fonduna - 3723( üç min yeddi yüz iyirmi üç) manat vəsait ianə etmişdir.
Tanrıdan şəhidlərimizə rəhmət, ailələrinə səbr, yaralı əsgərlərimizə şəfa diləyirik!


Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az