aze | rus | eng



8-17 aprel tarixlərində Bülbül adına  Orta İxtisas Musiqi Məktəbində ”OSEP 2019” layihəsi çərçivəsində “Şərqlə-Qərbin körpüsündə” adlı Musiqi Festivalı keçirilir.

Festivalda  Xalq Çalğı Alətləri, Fortepiano və  Orkestr şöbəsi, “Tutti” Kamera Orkestri,  Azərbaycan Dövlət Gənclər və Simfonik Orkestri, Bülbül  adına Orta İxtisas Musiqi Məktəbinin şagirdlərindən ibarət xorunun ifasında Azərbaycan Muğam sənətinin inciləri və “Barokko” dövrünün əsərlərinin  səsləndirilməsi nəzərdə tutulub.

8 aprel tarixində Bülbül  adına Orta İxtisas Musiqi Məktəbindən start götürən Festivalın günləri Beynəlxalq Muğam Mərkəzində, R. Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyində və yekun konsertinin 17 aprel Azərbaycan  Dövlət  Akademik Flarmoniyasının Kamera və Orqan zalında  keçirilməsi nəzərdə tutulub.



Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az