aze | rus | eng



 Məktəblilər üçün ustad dərsləri

Bülbül adına Orta İxtisas Musiqi Məktəbində Rusiya Federasiyasından dəvət olunmuş Çaykovski adına mərkəzi musiqi məktəbinin fortepiano müəllimləri Mira Marçenkonun,Tatyana Titovanın və  Aleksandr Qindi    tərəfindən məktəblilər üçün ustad dərsləri keçirildi.

Tədbir Təhsil Nazirliyi və Bakı Media Mərkəzinin dəstəyi ilə həyata keçirilən “Simurq” uşaq musiqi festivalı layihəsi çərçivəsində təşkil olunub.

Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanın gənc, istedadlı musiqiçilərini önə çixarmaq və dəstək olmaq, eləcə də onlara ifaçılıq sənətində peşəkar bilik və bacarıqların öyrədilməsindən ibarətdir.

Gələcəkdə layihəyə cəlb olunan məktəblilər üçün tanınmış pedaqoq və musiqiçilər tərəfindən ustad dərslərinin təşkil edilməsi davam etdiriləcək

 
 
 
 
 
 
 
 
 
 
 
 

 

 
 


Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az