aze | rus | eng



1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri,bədii rəhbər respublikanın xalq artisti Teymur Göyçayevin rəhbərliyi ilə Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri Əzimova Çinarə,Əsədova Ləman,Daşdəmirov Ruslan soyqırıma həsr olunmuş konsertdə cıxış etdilər.



Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az