aze | rus | eng



 Azərbaycan Dövlət Filarmoniyasında Q.Qarayev adına Dövlət Kamera Orkestrinin iştirakı ilə  SSRİ Xalq Artisti Nazim Rzayevin xatirəsinə həsr olunmuş konsertdə X sinif şagirdi, Beynəlxalq müsabiqələr laureatı Ləman Əsədova çıxış etmişdir.

Gecədə Üzeyir Hacıbəylinin "Arazbarı" simfonik muğamı, "Sənsiz" romansı, Fikrət Əmirovun "Poema monoloq" və "Muğam poeması" simfonik əsərləri, Qara Qarayevin "İldırımlı yollarla" baletindən musiqi parçası, P.İ.Çaykovskinin vals və romansları səslənmişdir.

Xatırladaq ki, Nazim Rzayev Moskvada Böyük Teatrda təcrübə keçib. 1964-cü ildən Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru olub. Üzeyir Hacıbəylinin bir neçə əsərinə dirijorluq edib. 1984-1985-ci illər teatr mövsümündə Ankara Dövlət Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasının quruluşçu dirijoru olub.

 



Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az