aze | rus | eng



      09-13 aprel tarixlərində Estoniyanın Tallin şəhərində gənc pianoçu, violin, violonçel Ifaçılarının “Young musician Tallin  2015” adlı Beynəlxalq müsabiqəsi keçirilmişdir. Müsabiqənin fortepiano nominasiyasında  Bülbül adına orta ixtisas musiqi məktəbinin VIII sinif şagirdi, Beynəlxalq  müsabiqələr laureatı  Leyla Zeynalova Azərbaycanı layiqincə təmsil etmişdir. Belə ki, Zeynalova Leyla beynəlxalq   müsabiqənin Gran-Pri mükafatına layiq görülmüşdür. Bundan başqa, münsiflər heyətinin qərarına əsasən dahi alman bəstəkarı İ.S.Baxın və virtuoz əsərin yüksək  səviyyədə ifasına görə  2 xüsusi priz ilə mükafatlandırılmişdır.  Qeyd edək ki, Tallində keçirilən bu müsabiqə müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların siyahısina daxildir.



Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az