aze | rus | eng



2014-cü il  1-5 dekabr tarixlərində Milli musiqi alətləri ifaçıları və xanəndələrin  Bülbül adına II Respublika müsabiqəsinin dinləyişləri  Bülbül adına orta ixtisas musiqi məktəbində  olmuşdur.   Açılışda çıxış edən  məktəbin direktoru Xalq artisti Teymur Göyçayev müsabiqəyə olan böyük maraqdan danışdı. Müsabiqədə iştirak üçün  Azərbaycanın bölgələrindən 200-ə yaxın sənəd verilmişdir. Teymur Göyçayev Münsiflər heyətinin üzvlərini təqdim etdi. Xalq Artisti Arif Babayev, Xalq Artisti Ağasəlim Abdullayev, Xalq Artisti Aygün Bayramova, Əməkdar Artist Nuriyyə Hüseynova, Əməkdar Artist Təranə Əliyeva, Əməkdar Artist Elşən Mansurov, Əməkdar müəllim Ümid İbrahimov, Əlibaxış Məmmədov  gənc istedadları qiymətləndirəcəklər. 



Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az